PDF Oxu

Əsas

  • 31

Eero Lehti: “Azərbaycan düzgün yolla irəliyə doğru addımlayır”

Eero Lehti: “Azərbaycan düzgün yolla irəliyə doğru addımlayır”

Azərbaycan düzgün yolla irəliyə doğru addımlayır.

Bu sözləri AzərTAc-a müsahibəsində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Eero Lehti demişdir.

Qrupun rəhbəri olaraq hazırda Finlandiya və Azərbaycanın iş adamları, şirkətləri arasında işgüzar əlaqələrin qurulmasına səylər göstərdiyini bildirən Eero Lehti demişdir: "Biz bilirik ki, Azərbaycanın nefti var və bu sahədə sizin ölkə xeyli inkişaf edib. Amma istərdik ki, ölkələrimiz arasında qeyri-neft sahəsində əlaqələr qurulsun. Bunun üçün potensial var və biz hansı Finlandiya şirkətlərinin Azərbaycan bazarına çıxa bilməsi imkanlarını araşdırırıq".

Ötən ilin noyabrında Finlandiya parlamentində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş dinləmələr haqqında fikrini açıqlayan deputat bildirmişdir ki, bunun məqsədi yerli ictimaiyyəti daha geniş şəkildə məlumatlandırmaq olmuşdur. "Finlandiya ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az məlumatlıdır. Münaqişə nəticəsində azərbaycanlıların hüquqlarının pozulması haqqında daha çox məlumat yaymağa ehtiyac vardır. Bunu həm yerli media, həm də parlament deputatlarına müraciət vasitəsilə etmək olar", - deyə o bildirmişdir.

Fin deputat artıq üç dəfə Azərbaycanda olduğunu və gələn ay yenidən ölkəmizə səfər edəcəyini demişdir.

AzərTAc

Digər xəbərlər