PDF Oxu

Əsas

  • 26

Xalqımızın əbədiyaşar lideri

Xalqımızın əbədiyaşar lideri

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü qeyd olundu

Dünən Şəmkir rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və rayon gənclər idman idarəsinin birgə təşəbbüsü Ümummilli Lider Heydər Əliyevin 90-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq bildirdi ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

Sonra Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlov geniş məruzə ilə çıxış edərək, vurğuladı ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz gənclərmizin vətənpərvər ruhda inkişafı üçün hər cür şərait yaradır: "Azərbaycan gəncliyinin inkişafı və ölkəmizdə gənclər siyasətinin formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır".

P.Gözəlov Azərbaycanda gənclərə diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Qeyd etdi ki, artıq Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, ona həm Azərbaycan cəmiyyəti etibar edir, həm də dünyada hörmət olunur: "Bu gün Azərbaycan gəncliyi intellektualdır, gənclərimiz fəaliyyət göstərdikləri hər bir sahədə yüksək peşəkarlıq nümayiş etdirirlər".

Tədbirdə Şəmkir rayon Əhməd Cavad adına orta məktəbin əməkdar müəllimi Sona Əliyeva bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində bu gün gənclər cəmiyyətdə öz yerini tutur: "Ulu Öndər Heydər Əliyev hər bir gəncin Azərbaycanın müstəqilliyini təmin etmək üçün Vətənini, ölkəsini xalqını, millətini, dilini, dinini, milli ənənələrin sevməlidir".

Əməkdar məşqçi Mikayıl Sadıqov bildirdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir.

Tədbirdə çıxış edən əməkdar məşqçi Ramiz Yusifov ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətidir.

Tədbirdə partiyanın digər fəalları da çıxış edərək, gənclərin cəmiyyətdəki rolundan, ictimai-siyasi həyatda fəaliyyətlərindən geniş bəhs etdilər.

RƏFİQƏ

Digər xəbərlər