Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Qadınlar Şurasında Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Konfransı giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb. O, bildirib ki, Azərbaycanın müstəqilliyi, sosial-iqtisadi inkişafı 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli liderimizin adı ilə bağlıdır. Dahi Heydər Әliyev şəxsiyyәtinin Azәrbaycan dövlətçilik tarixindә müstәsna yeri var. Azərbaycançılıq məfkurәsinin parlaq daşıyıcısı kimi Heydәr Әliyev öz müdrik siyasəti, dönmәz əqidәsi vә tarixi uzaqgörənliyi sayәsindә milli dövlәtçilik ideyasının gerçәkləşdirilməsinə, müasir Azәrbaycan dövlәtinin qurulmasına və xalqımızın müstәqillik arzusuna çatmasına nail olub. Məhz Heydәr Әliyevin fәaliyyәti nәticәsindә Azәrbaycan özünün geostrateji, iqtisadi və mәdәni potensialından istifadә edәrәk, Şәrqlә Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkəlәrindәn birinә çevrilib.
Fəxrəddin Vəliyev həmçinin qeyd edib ki, Azәrbaycanda müasir demokratik, hüquqi və dünyәvi dövlәt quruculuğu, vәtәndaş cəmiyyətinin tәşәkkülü, milli-mәnəvi dәyәrlәrә qayıdış və elmin, təhsilin, mәdәniyyәtin inkişafı әbәdi surәtdә Heydәr Әliyevin adı ilә bağlıdır. Ölkәmizin әsas qanunu Konstitusiyanın qəbul edilmәsi, hakimiyyәtlәrin bölünmə prinsipinin tәsbit olunması, hüquq normalarının vә qanunvericilik bazasının beynәlxalq standartlara uyğunlaşdırılması, müasir idarәetmә üsullarının bәrqәrar olması vә müvafiq dövlәt qurumlarının formalaşdırılması Heydәr Әliyevin rəhbərliyi ilә gerçəklәşәn genişmiqyaslı quruculuq proqramının tәrkib hissәlәridir.
Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri Nəzixə Zeynalova bildirib ki, partiyamız Azərbaycanda çox gərgin, mürəkkəb və ağır bir dövrdə yaranıb. YAP yarandığı 1992-ci ildən uğurlu yol keçərək Respublikamızın ən aparıcı partiyasına çevrilib. Bu gün bütün ölkədə olduğu kimi Şəmkir rayonunda da qadınlar partiyanın fəaliyyətində yaxından iştirak edirlər.
N.Zeynalova şəmkirli qadınlar adından dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirəcəklərinə söz verib. Həmçinin qarşıdan gələn Prezident seçkilərində YAP sıralarında birləşən qadınların partiyamızın namizədinin təbliğatı işində fəal iştirak edəcəklərini bildirib.
Daha sonra çıxış edənlər Aybəniz Nəsibova, Rəfiqə Mürsəlova, Roza Orucova, Südabə Vəliyeva və digərləri qadınların ölkəmizdə, cəmiyyətdə rolu haqqında ətraflı danışıblar. Xüsusi vurğulanıb ki, ölkəmizdə - Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər. Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində xüsusi yer tutaraq, dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edilib.
sia.az