PDF Oxu

Əsas

  • 32

Əli Hüseyinli: “Hazırlanan amnistiya aktı Ulu öndər Heydər Əliyevin humanist siyasətinə sədaqətin nümayişidir"

Əli Hüseyinli: “Hazırlanan amnistiya aktı Ulu öndər Heydər Əliyevin humanist siyasətinə sədaqətin nümayişidir"

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanan amnistiya aktı Ulu öndərin humanist siyasətinə sədaqətin nümayişidir". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli deyib.

Onun sözlərinə görə, yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, 1-ci və ya 2-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazilərinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər: "Cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində saxlanılan, islah və ictimai işlərə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslərə də amnistiyanın tətbiq edilməsi nəzərdə tutulur. Aparılan ilkin təhlillərə əsasən, amnistiya aktının təqribən 9000 (doqquz min) məhkuma tətbiq edilməsi ehtimal edilir".

sia.az

Digər xəbərlər