PDF Oxu

Əsas

  • 26

Əli Əhmədov: “Amnistiya aktının qəbul olunması 9 minə yaxın ailənin sevincinə səbəb olacaq”

Əli Əhmədov: “Amnistiya aktının qəbul olunması 9 minə yaxın ailənin sevincinə səbəb olacaq”

"Mayın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı Milli Məclisdə müzakirə ediləcək. Güman edirəm ki, bu akt yekdilliklə qəbul olunacaq". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini Əli Əhmədov Milli Məclisdə müzakirə olunması planlaşdırılan amnistiya aktına münasibət bildirərkən deyib.

YAP-ın sədr müavininin sözlərinə görə, bu, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində kifayət qədər məntiqli bir addımdır: "Çünki dahi şəxsiyyətin hümanizmi, insana qayğısı xüsusilə seçilib. Bu mənada Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində belə bir aktın irəli sürülməsi, qəbul olunması ədalətli olardı. Digər bir tərəfdən Mehriban Əliyeva da öz humanistliyi ilə həmişə fərqlənib və onun təşəbbüsü ilə Milli Məclis tərəfindən bundan əvvəl də amnistiya aktları qəbul olunub. Azərbaycan cəmiyyəti M.Əliyevanın bu addımlarını yüksək qiymətləndirir. Hesab edirəm ki, bu bütövlükdə Azərbaycan hökumətinin siyasətinin bir vacib məqamı kimi dəyərləndirilir. Belə bir Amnistiya aktının qəbul olunması təxminən doqquz minə yaxın insanın cəzasının azaldacaq və ya tamamilə cəzaçəkmə müəssisələrindən azad olunmasına zəmin yaradacaq. Biz doqquz minə yaxın ailənin sevincinə səbəb olacaq bu aktın qəbul olunmasını yüksək qiymətləndiririk".

sia.az

Digər xəbərlər