PDF Oxu

Əsas

  • 36

"Heydər Əliyev fenomeni"

"Heydər Əliyev fenomeni"

YAP Suraxanı rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının gənclər birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev fenomeni" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam əsasında müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinin respublika miqyasında qeyd olunduğunu bildirdi. V.Seyidov bu gün təşkil olunan "Heydər Əliyev fenomeni" adlı yubiley mərasiminin silsilə tədbirlərin davamı olduğunu diqqətə çatdırdı.

YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı sahəsindəki misilsiz xidmətlərindən söz açaraq Ulu Öndərin müstəqillik yolundakı mübarizələrlə dolu fəaliyyətini diqqətə çəkdi. Azərbaycanın müstəqilliyinin əldə olunmasında, dövlətçilik ənənəsinin yaradılmasında, dövlətin qurulmasında, qorunub saxlanılmasında müstəsna xidmətlərə malik olduğunu vurğuladı: "Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva dünya miqyaslı siyasətçi Dahi Öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qaldığını söylədi. O, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı sahəsindəki misilsiz xidmətlərindən söz açaraq Ulu Öndərin müstəqillik yolundakı mübarizələrlə dolu fəaliyyətini diqqətə çəkdi.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Ulu Öndərin hakimiyyətə gəldiyi gündən başlayaraq gəncliyə böyük diqqətlə yanaşmasından, bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin sütünlarını Ümummilli Lider Heydər Əliyevin yaratdığını diqqətə çatdırdılar. Qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünərək, ölkədə intellektual potensialın formalaşması üçün bilikli kadrların hazırlanmasına şərait yaratmışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşmışdır: "Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkə böyük uğurlar əldə olunmuş, müstəqilliyimizin ilk illərində ölkəni düşdüyü ən ağır vəziyyətdən xilası etmişdir. Əldə edilən nailiyyətlər Heydər Əliyevin zəngin təcrübəsi, siyasi liderliyinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığı dövlət bu gün dünya arenasında söz demək qüdrətindədir. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal gənclərindən olan Arzu Ələkbərova, Kənan Kərimov, Amil Bağırov müasir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən sıçrayışları, onun simasının gündən-günə dəyişməsini, dünyanın nüfuzlu dövlətləri sırasında Azərbaycanın layiq yer qazanmasını Ulu Öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu bildirdilər.

Çıxışlardan sonra partiyanın sıralarına yeni daxil olmuş bir neçə gəncə partiyanın üzvlük vəsiqəsi verildi. Sonra YAP Suraxanı rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olundu.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər