PDF Oxu

Əsas

  • 17

Səbail rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

Səbail rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, rayon veteran və gənclər təşkilatlarının nümayəndələri, din xadimləri və başqaları iştirak etmişlər.

Tədbiri açan RİH-in başçısı Asif Əsgərov müstəqil müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmışdır.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müstəqil müasir Azərbaycanı bəxş etmişdir. Ulu Öndər bugünkü güclü, qüdrətli Azərbaycanı yaratmış, ölkəmizin müstəqilliyini yaşatmış, inkişaf etdirmiş və bütün dünyaya tanıtdırmışdır. Ümummilli lider Heydər Əliyevin adı və şərəfli həyat yolu Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək və Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaqdır.

A.Əsgərov qeyd etmişdir ki, təməlini ulu öndər Heydər Əliyevin qoyduğu milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının daxili və xarici siyasəti sayəsində müstəqilliyi tam təmin olunan Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.

AzərTAc

Digər xəbərlər