Mayın 2-də Avropa Parlamentinin mühafizəkarlar fraksiyasının üzvləri Fəxri Xiyabana getmiş, orada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə tər çiçəklər qoymuşlar. Sonra qonaqlar Şəhidlər Xiyabanına getmiş, Azərbaycanın azadlığı və suverenliyi naminə canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, onların məzarları önünə tər çiçəklər qoymuşlar.
Qonaqlar Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsinə tamaşa etmişlər. Onlara Şəhidlər Xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
AzərTAc