PDF Oxu

Əsas

  • 18

YAP Göygöl rayon təşkilatında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir

YAP Göygöl rayon təşkilatında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransdan əvvəl Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən "Böyük ömrün anları" sənədli filmi nümayiş etdirilmişdir.

YAP rayon təşkilatının sədri Turani Əliyev məruzə ilə çıxış edərək bu dahi şəxsiyyətin keçdiyi şərəfli ömür yolundan danışmış, onun müstəqil Azərbaycan dövlətinin inkişafı naminə gördüyü nəhəng işləri faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Konfransda çıxış edənlər dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə, xüsusilə müstəqilliyin əldə edildiyi çətin bir zamanda hakimiyyətə gəlməsinin Azərbaycan xalqının gələcək taleyində əhəmiyyətli rol oynadığını söyləmişlər.

Sonra YAP sıralarına yeni qəbul olunanlara partiya üzvlük vəsiqələri, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən inşa müsabiqəsinin, eləcə də idman yarışlarının qaliblərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

AzərTAc

Digər xəbərlər