PDF Oxu

Əsas

  • 14

Siyavuş Novruzov: “Freedom House”un hesabatı əhəmiyyətsizdir”

Siyavuş Novruzov: “Freedom House”un hesabatı əhəmiyyətsizdir”

""Freedom House" QHT-dir. Bir QHT isə yalnız öz ölkəsində fəaliyyət göstərə bilər". Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Freedom House" beynəlxalq təşkilatının Azərbaycanla bağlı yeni hesabata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təşkilat bununla Azərbaycana təsir etmək istəyir: "Onların yazdıqları bizim üçün əhəmiyyətsizdir. "Freedom House" QHT-dir. Bir QHT yalnız öz ölkəsində fəaliyyət göstərə bilər. Azərbaycan 20 ildir ki, müstəqildir. Bu 20 il ərzində təşkilat Azərbaycana qarşı həmişə qərəz nümayiş etdirib. Siyasi, iqtisadi durum baxımından Azərbaycandan qat-qat aşağıda olan ölkələr haqqında heç belə məlumatlar yaymırlar. Bəzi müxalif media qurumlarının və jurnalistlərin yazdıqlarına əsaslanıb belə mövqe nümayiş etdirirlər. Bu təşkilatla Azərbaycan heç bir əməkdaşlıq edə bilməz".

Digər xəbərlər