YAP Masallı rayon təşkilatında bu mövzuda tədbir keçirilib
YAP Masallı rayon təşkilatının qərargahında "Heydər Əliyevin şərəfli ömür salnaməsi gənc nəslin təlim-tərbiyə xəzinəsidir" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Qəşəm Hadıyev açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Q.Hadıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi gənclik üçün böyük örnəkdir. Həmçinin, vurğulanıb ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur: "Gənclər aktiv və avanqard qüvvə kimi ölkənin bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Çünki gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub".
Rayon 1 saylı məktəbinin müəllimi Röya Babayeva Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıb: "Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi".
Tədbirdə YAP üzvlərindən Nemət Abdullayev, Kənan Haşımov, Əsmər Mürsəlova, Sərxan Əhmədov və başqaları çıxışlarında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Bildirdilər ki, Ümummilli Lider Heydər Əliyev gəncləri gələcək inkişafımızın möhkəmlənməsində və dövlət quruculuğunda fəal iştirakçı kimi qiymətləndirirdi. Tədbirdə gənclər qarşıdan gələn Prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini bir daha vurğulayıblar.
Sonda partiya həyatında fəallıq göstərmış bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr verilib.
R.HÜSEYNOVA