PDF Oxu

Əsas

  • 14

"Heydər Əliyev irsi və onun tədqiqi"

"Heydər Əliyev irsi və onun tədqiqi"

Dövlət Miqrasiya Xidmətində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Mərkəzi-Elmi Kitabxana tərəfindən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev irsi və Onun tədqiqi" mövzusunda kitab sərgisi keçirilib. Sərginin açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışıb. F.Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi zamanı milli-mənəvi dəyərlərimizin dirçəlişi, mədəniyyətin, elmin, təhsilin inkişafı istiqamətində önəmli addımlar atmışdır: "Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. O gün hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini dərindən dərk edir. Bu dahi şəxsiyyətin liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə, dünya üçün həlledici rol oynamışdır".

F.Nəbiyev bu gün Ulu Öndərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiribdir. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi-Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva Kəngərli sərgi barədə ətraflı məlumat veribdir. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi-Elmi Kitabxanasının Dövlət Miqrasiya Xidməti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə dolğun məlumat almaq üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin hər bir vətəndaşı tərəfindən dahi şəxsiyyətin irsinin, zəngin dövlət idarəçiliyi təcrübəsinin öyrənilməsi Azərbaycanın parlaq gələcəyinə xidmət edir.

Sonda Firudin Nəbiyev tərəfindən Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva Kəngərliyə xatirə hədiyyəsi və xidmətin rəsmi nəşri olan "Miqrasiya" jurnalı təqdim edilibdir. Tədbirdən sonra xidmət əməkdaşları sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini əks etdirən 1000-ə yaxın ədəbiyyat, həmçinin, fotoşəkillər nümayiş olunubdur.

RƏFİQƏ

Digər xəbərlər