Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi 267 nömrəli məktəb-liseydə qeyd olundu
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın idarə və təşkilatlarında yubiley tədbirləri geniş şəkildə qeyd olunur. Silsilə tədbirlərin davamı olaraq Binəqədi rayon ərazisində yerləşən 267 №-li məktəb-liseydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir başlamazdan öncə Azərbaycanın Dövlət Himni səsləndirildi.
Məktəbin şagirdləri - aparıcılar Bağırova Aynurə və Yusifov Elşən Ulu Öndərin keçdiyi şərəfli ömür yoluna nəzər saldılar. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin təməlini möhkəmlətmiş, ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yaratmışdır. Aparıcılır Ulu Öndər Heydər Əliyevin təhsilə göstəridiyi diqqəti vurğulayaraq, məktəblilərin azad, müstəqil dövlətdə firavanlıq, əmin-əmanlıq şəraitində təhsil almasını Onun siyasətində öz həllini tapdığını bildirdilər.
Sonra məktəblilərin ifasında "Azərbaycan" mahnısı səsləndirildi. Şagirdlərdən Yusifov Elşən, Həsənov Həsən, Hacıyev Arifin hazırladığı videoçarx nümayiş etdirildi. Daha sonra şagirdlərdən Seyidli Gülnar, Xanbəyov Tamerlan, Mikayıllı Gülər və başqaları Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər. III sinif şagirdləri rəqs ifa etdilər. Şagirdlərdən Hüseynli Firuz, İsgəndərli Nərmin, Bəkirzadə Fidumə ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Şagirdlərin ifasında "Xalq Heydər söyləyəcək" əsəri iştirakçılara təqdim olundu.
Tədbirdə həmçinin, çıxış edən məktəbin direktoru Adilə Orucova Dahi Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində titanik fəaliyyətindən, fundamental uğurlara nail olmasından danışdı.
A.Orucova çıxışında onu da bildirdi ki, Ümummilli Lider bütün mənalı həyatını xalqına həsr etmiş, onun gələcəyini düşünmüş, xalqın mənafeyini etibarlı təmin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni üzərinə götürəcək yeni lideri-Azərbaycan Prezidenti İlham Əliyevi - böyük siyasi nüfuzu olan şəxsiyyəti öz siyasi məktəbində yetişdirmişdir: "Bu gün Prezident İlham Əliyevin müdrik, inamlı, cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada günbəgün güclənir. O, belə bir ölkədə təhsilə olan dövlət qayğısını vurğulayıb, hər bir məktəblinin sağlam, savadlı böyüməsində, təhsil almasında dövlət tərəfindən ayrılan diqqəti nəzərə çatdırdı".
ZÜMRÜD