PDF Oxu

Əsas

  • 15

"Müsavatın istəkləri, elə istək olaraq qalır"

"Müsavatın istəkləri, elə istək olaraq qalır"

"Əgər Müsavat başqanı İsa Qənbərin söylədiyi fikirlər doğru olsaydı, ziyalıların heç olmasa bir qismi onun ətrafında birləşib, onu dəstəkləyərdilər". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Müsavat başqanı İsa Qənbərin ziyalılarla görüşü zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, əslində Azərbaycan ziyalıları adıçəkilən təşkilatı dəstəkləmirlər və onun yanında deyillər: "Həm tərkibinə, həm də fəaliyyət planına fikir versək görərik ki, bu gün həmin təşkilat radikallığı, qanuna hörmətsizliyi, Azərbaycanın milli maraqlarını saya almaması ilə özünü nümayiş etdirir. Azərbaycan ziyalısı heç bir zaman belə prinsipləri təbliğ edən təşkilatın yanında ola bilməz. Vaxtaşırı qanunsuz aksiyalar təşkil edən, beynəlxalq aləmdə Azərbaycanın milli maraqlarını qorumayan, milli qarşıdurmanı əsas hədəf seçən siyasi təşkilatı heç vaxt hansısa ziyalı dəstəkləyə bilməz. İsa Qənbərin bir qrup insanla görüşü isə ziyalılarla deyil, məhz elə bir qrup insanlarla görüşü kimi qiymətləndirilir. Müsavat partiyası müstəqillik dövründə heç bir zaman Azərbaycanın milli maraqlarını müdafiə edən siyasi bir təşkilat kimi fəaliyyət göstərməyib. Buna görə də hər dəfə cəmiyyətin onu dəstəkləməməsi nəticəsində seçkilərdə uduzub. Ümumilikdə isə Müsavatın istəkləri, elə istək olaraq qalır"

sia.az

Digər xəbərlər