"Bu Rusiyanın "Qazprom" şirkətinin həyata keçirdiyi siyasətdir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə Strateji Aaraşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Azərbaycandan Rusiya nəql olunan neftin dayandırılması məsələsinə münasibət bildirərkən deyib.
F.Məmmədovun sözlərinə görə, bu addımın indi atılması heç də təsadüfi deyil: "Əlbəttə ki, qazın qiymətinin qaldırılması hakimiyyətin və əhalinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Beləcə, bu qiymətlərin qaldırılmasının seçkilərdən sonraya təsadüf etməsi isə Rusiya tərəfinin Ermənistan hakimiyyətinə bir dəstək forması kimi qiymətləndirmək olar".
sia.az