PDF Oxu

Əsas

  • 14

YAP Samux rayon təşkilatının konfransı keçirilib

YAP Samux rayon təşkilatının konfransı keçirilib

Bu gün Samux rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Pratiyası (YAP) Samux rayon təşkilatının konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev və Yeni Azərbaycan Partiyasının təlimatçısı Rafael Gülməmmədov iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Samuxda da böyük təntənə ilə qeyd edilib: "YAP Samux rayon təşkilatının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bütün ərazi təşkilatlarında, yaşayış məntəqələrində Ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən foto stendlər və sərgilər hazırlanıb, yubiley tədbirləri keçirilib".

Məruzəçi çıxışında bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri, bu məqsədlə partiya üzvləri arasında aparılan iş bölgüsü barədə ətraflı məlumat verib. Bununla yanaşı partiya üzvlərinin və bütövlükdə rayon seçicilərinin yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib.

Konfransda millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quliyev çıxış edərək partiyanın yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərdən danışıb. Musa Quliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini ləyaqətlə davam etdirən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlər göz qabağındadır.

"Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev çıxış edərək YAP-ın ölkəmizdə ən qüdrətli siyasi təşkilat olduğunu, keçirilən bütün seçkilərdə partiyanın həmişə uğur qazandığını və bu uğurun əsasında Ulu öndər Heydər Əliyevin siyasi kursunun dayandığını bildirib.

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqilliyinin daha da möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsi istiqamətində həyata keçirilən genişmiqyaslı proqramların uğurla yerinə yetirilməsi barədə danışıb. O, eyni zamanda Ulu öndərin 90 illik yubileyinin rayonda böyük sevinc və təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, daha sonra Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilib.

Digər xəbərlər