Gədəbəy rayon icra hakimiyyəti YAP Gədəbəy rayon təşkilatı ilə birgə 28 May - Respublika Gününü qeyd edib
Gədəbəy rayon icra hakimiyyəti YAP Gədəbəy rayon təşkilatı ilə birgə 28 May - Respublika Gününü qeyd edib. Tədbirdə çıxış edən Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov əlamətdar gün münasibətilə öz təbriklərini çatdırıb. Vurğulayıb ki, 95 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrin səyi ilə dövlət müstəqilliyinin rəmzi olan üçrəngli bayrağımız qaldırıldı. "Bununla da Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi" deyən R.Yediyarov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik müstəqil dövlət olduğunu söylədi: "Bu gün də xalqımızın özünün istiqlal bayramının parlaq səhifəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir. 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut edib. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, əsas dövlət institutları məhz həmin dövrdə yaranıb. Bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa edib dövlətçiliyini möhkmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı".
Tədbirdə digər çıxış edənlər də bildiriblər ki, bu gün hər bir Azərbaycan vətəndaşı müstəqilliyin bəhrəsini görür. Çıxış edənlər onu da vurğulayıblar ki, dövlətimiz müstəqillik ideyaları üzərində möhkəmlənib və dünyanın siyasi xəritəsində artıq çox əhəmiyyətli və önəmli yer tutubdur.
Sonda rayonun ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə, ilin ən qabaqcıl müəllimləinə qiymətli hədiyyələr və fəxri fərmanlat təqdim olunub.
Yekunda rayon mədəniyyət evinin kollektivi konsert proqramı və uşaq yaradıcılıq məktəbinin şagirdləri vətənpərlik mövzusunda hazırladıqları şerilərlə çıxış ediblər.
R.HÜSEYNOVA