PDF Oxu

Əsas

  • 19

ÜTT üzrə Danışıqlar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Cenevrəyə səfərə edəcək

ÜTT üzrə Danışıqlar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Cenevrəyə səfərə edəcək

İyunun 3-7-də Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzrə Danışıqlar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Cenevrə şəhərinə səfərə gedəcək. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edəcək.

Səfər zamanı Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü prosesi çərçivəsində kənd təsərrüfatına daxili dəstək üzrə "Carins Group"un üzvəri ilə görüşlərin keçirilməsi, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələrin aparılması nəzərdə tutulub. Honduras, Çinin Tayvan əyaləti, Koreya Respublikası və Hindistanla mal və xidmətlər üzrə ikitərəfli danışıqların keçirilməsi də planlaşdırılıb.

sia.az

Digər xəbərlər