PDF Oxu

Əsas

  • 10

Ziyafət Əsəgrov: “ABŞ-Azərbaycan münasibətlərinin çox gözəl gələcəyi var”

Ziyafət Əsəgrov: “ABŞ-Azərbaycan münasibətlərinin çox gözəl gələcəyi var”

Azərbaycan ABŞ münasibətləri tarixində Azərbaycan-ABŞ: Gələcəyə baxış" forumunun çox böyük əhəmiyyəti var. Bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ən yaxın əməkdaşlıq etdiyi dövlətlərdən biri də ABŞ olub: "Müstəqilliyimizin ilk illərindən ABŞ Azərbaycanda həyata keçirilən layihələrdə çox böyük dəstək verib. Hesab edirəm ki, bu gün də həmin dəstək var. Bu forumun keçirilməsi ABŞ-Azərbaycan münasibətləri tarixində yeni mərhələdir. Müzakirə olunan məsələlər münasibətlərimizin xarakterinə uyğundur. Çıxış edən konqresmenlərin hər biri Azərbaycanla münasibətlərin önəminə çox böyük əhəmiyyət verirlər. Hesab edirəm ki, bu münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf etməlidir. Bu forum vasitəsilə bir daha şahidi olduq ki, ABŞ-Azərbaycan münasibətlərinin çox gözəl gələcəyi var.

sia.az

Digər xəbərlər