PDF Oxu

Əsas

  • 11

Əlimərdan bəy Topçubaşovun 150 illiyi qeyd edilib

Əlimərdan bəy Topçubaşovun 150 illiyi qeyd edilib

Tədbir Mətbuat Şurası və "Kaspi" qəzetinin birgə təşkilatçılığı ilə keçirilib

Dünən Mətbuat Şurası və "Kaspi" qəzetinin təşkilatçılığı ilə görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli iştirak edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Ə.Topçubaşovun Qafqazda, ümumən Çar Rusiyasında müsəlmanlara məxsus medianın inkişafındakı rolundan danışıb. O, bildirib ki, "Əlimərdan bəy Topçubaşovun "Kaspi" qəzetinin redaktoru kimi fəaliyyəti də danılmazdır. Onun sözlərinə görə, bu illərdə onun yüzlərlə məqalələri dərc edilib. Həmin məqalələrdə Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, eləcə də Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış edib. Daha sonra "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva Əlimərdan bəy Topçubaşovun siyasi-ictimai fəaliyyətindən bəhs edib. Sona xanım qeyd edib ki, Topçubaşov Rusiya müsəlmanlarının liderlərindən biri olub: "O Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər Qafqazda azərbaycanlılar arasında tanınmış şəxs olub". Sona Vəliyevanın sözlərinə görə, Əlimərdan bəy Topçubaşov türk-müsəlman birliyinin yaradılmasında, əlaqələrin genişləndirilməsində müstəsna xidmətlər göstərib: "Topçubaşov türk-müsəlman birliyində mütəşəkkillik yaratmaq üçün "Kaspi" qəzetindən meydan kimi istifadə edib. O eyni zamanda "Kaspi" qəzeti vasitəsi ilə Azərbaycanda dövlətçilik ənənəsinin və milli məfkurənin formalaşmasında böyük xidmətlər göstərib. Tədbirdə Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, onun idarəçiliyində, xarici siyasətinin formalaşmasındakı rolu haqda da danışılıb. Konfransda Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin sədri, xarici işlər naziri kimi fəaliyyətinə diqqət yönəldilib. Sonda "Kaspi" qəzetinin Əlimərdan bəy Topçubaşova həsr olunan xüsusi buraxılışı təqdim olunub.

Digər xəbərlər