PDF Oxu

Əsas

  • 19

Xədicə İsmayılova yenə də uduzdu

Xədicə İsmayılova yenə də uduzdu

Ali Məhkəmə "Azadlıq" radiosu əməkdaşının iddialarını rədd etdi

Dünən Ali Məhkəmədə "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı məhkəmə iddiasına baxılıb. Xatırladaq ki, X.İsmayılova bundan öncə də "Səs" qəzetinə qarşı Səbael və Appelyasiya məhkəmələrində iddia qaldırmış, lakin dəlil və sübutlar olmadığından, onun iddiaları təmin olunmamışdır. Ali Məhkəmə çıxardığı son qəraı ilə bir daha sübut olundu ki, "Azadlıq" radiosunun əməkdaşı mətbu orqana qarşı qərəzli münasibət göstərmiş, heç bir əsası olmadan guya "şərəf və ləyaqətinin tapdanması" iddiası ilə çıxş etmişdir.

Bütün bunlar isə bir daha təsdiq edir ki, müəyyən sifarişlər və təlimatlar əsasında qaranlıq dairələrə xidmət göstərən X.İsmayılovanın növbəti şantajları da öncəkilər kimi puç olmuşdur.

"Səs"

Digər xəbərlər