Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri
Müsavat funksioneri Arif Hacılın Milli Şuradan imtinası mövcud vəziyyəti bir daha aydınlaşdırmış olub. "Milli Şura"nın kənar qüvvələrin yeni bir oyunu olduğunu hər kəs bilir. Necə olur ki, aylardır bu mövzuda söhbətlər məsləhətləşmələr aparılır, amma İsa Qəmbərlə, Eldar Namazov xarici səfərdən dönən kimi "Milli Şuranı" elan etmək qərarına gəlirlər. Görünür, hər iki şəxsi bu məslədə tələsdirən prinsiplər var. Sadəcə olaraq müəyyən şəxslərin kənardan gələn dividentlərə görə susmaq məcburiyyəti o anlama gəlməməlidir ki, "Milli Şura" özündə milli əhval-ruhiyyəni cəm edəcək. Bu mümkün də deyil. Çünki onun həmin "təşkilatı" təsis edən günü belə tərəflər arasında Rusiyaya, və Qərbə meyl edək prinsipi üzərində əməlli-başlı gərginlik də yaşanmışdır.
Elə buradan da aydın olur ki, ortaya atılan yeni bir oyunun sehirli çubuğu kənarda hansısa qaranlıq qütblərin əlindədir. Müxalifət yetgililəri isə həmişə olduğu kimi bu məsələdə yerli kuratorlar əhəmiyyətindədirlər. Eyni zamanda isə müxalifət daxilində belə bu qondarma şura ilə bağlı təzadlı fikirlər var. Müsavat funksioneri Arif Hacılının qəti şəkildə və açıq formada bildirməsi ki, o "Milli Şura"ya üzv olmayacaq. Bu faktın özü prosesdə əsl mahiyyətin açılmasına tutarlı baxış hesab oluna bilər. Çünki o bilidirb ki, yaranan bu "şura"nın qeyri-milliliyə, xalqın mənafelərinə ziyan vurmaq prinsipi üzərində qurulması bir vətəndaş kimi onu narahat edir. Sözsüz ki, A.Hacılının bu mövqeyi İ.Qəmbərin heç də ürəyincə deyil və indidən tərəflər arasında yarana biləcək gərginlik üçün bir stimul rolunu oynayacaq.
sia.az