Bu gün Siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlunun sədrliyi ilə 2013-cü ilin may ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda bir çox məsələlərə aydınlıq gətirilib.
Siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox yaxındır və bu problemin tezliklə həll olunması istiqamətində düşünür: "Biz münaqişəni tənzimləməliyik. Bizim üçün regional təhlükəsizlik, strateji əsaslar var".
Rusiyanın Ermənistana yönəlik praqmatik siyasəti Ermənistanın Rusiyaya qarşı daxili aləmini açıb-tökdü: "Rusiyanın Ermənistana qarşı atdığı addımlar Ermənistanın Rusiya ilə Qərb arasında ikibaşlı oyunlarının məntiqi nəticəsidir. Ermənistan Rusiyanı strateji müttəfiq adlandırıb onun maraqlarına zərbə vurmaq, Rusiyanın adından qonşularına təhlükə yaratmaqla məşğul idi. Ermənistanın Rusiyanı "idarəetməsi" Qərb arasında dəyərini üstüm göstərmək üçün mühüm müəyyənləşdirici keyfiyyət idi. Rusiya bunları başa düşürdü və nəticədə real praqmatik siyasət aparmağa başladı. Birincisi, RF Ermənistana satdığı qazın qiymətini qaldırmaqla bağlı qərar qəbul etdi. İkincisi, RF Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişdi. Üçüncüsü isə Rusiya ekspertləri Ermənistanın maraqlarına uyğun Azərbaycanın maraqlarına zidd olan şərhlər verməkdən imtina etdilər".
Mərkəz sədri Suriyada baş verən hadisələrə də aydınlıq gətirib: "Suriya hadisələri kuliminasiya nöqtəsinə yaxınlaşır. Qərb Suriyanı kimyəvi silah istifadəçisi kimi günahlandırmaqda israrlıdır. Rusiya isə burada mövqeyini gücləndirir".
sia.az