Aydın Hüseynov: "müxalifət düşərgəsi 20 il ərzində qatılmış olduğu bütün seçki proseslərində yekdillik nümyiş etdirə bilməyib"
Müxalifət vahid namizəd buxovundan qurtula bilməyəcək. Çünki bu düşərgədə təmsil olunan şəxləsrin hər biri şəxsi iddialarından geri çəkilmək niyyətində deyillər. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
YAP Siyasi Şurasının üzvü bildirib ki, bu müxalifətin bir nəfərin namizədliyi ətrafında birləşərək seçki getmək impulsunu heçə endirir: "Təcrübədə də biz bunu müşahidə etmişik ki, müxalifət düşərgəsi 20 il ərzində qatılmış olduğu bütün seçki proseslərində yekdillik nümyiş etdirə bilməyib. İndiki halda isə onların qondarama "milli şura" adı ətrafında vahid namizəd məsələsini həll etmək istəyi reallıqdan çox uzaqdır. Kənar qüvvələrin diqtəsi ilə ortaya atılmış bu oyuncaq təşkilat hələ təsis olunmamış artıq bir neçə nəfərin namizədliyi ətrafında mübahislərə yer verib. Bu da birmənalı şəkildə növbəti dəfə müxalifətin vahid namizəd məsələsinin fiasko olduğunu açıq şəkildə olaraq qoyur.
sia.az