Türkiyənin paytaxtı Ankara şəhərində iyunun 10-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) IV ümumi iclası öz işinə başlayacaq. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, sessiyaya hazırlıq artıq başa çatıb. Sessiya çərçivəsində iyunun 10-da əvvəlcə təşkilata üzv ölkələrin parlamentlərinin Aparat rəhbərlərinin və Assambleya Şurasının IV toplantısı keçiriləcək.
İyunun 11-də keçiriləcək əsas sessiyada Assambleyaya üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin qanunverici orqanlarının sədrlərinin başçılığı ilə parlament üzvlərinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının, Türk Konseyi, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Mərmərə Qrup Fondu, Türk Dünyası Gənclər Birliyi, GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəklər.
sia.az