İyunun 17-18-də Şimali İrlandiyanın Fermanagh rayonunda G8 ölkələrinin sammiti keçiriləcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yanvar ayından etibarən G8 ölkələrinə başçılığı Böyük Britaniya bir illik müddətə öz üzərinə götürüb.
Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya, ABŞ və Birləşmiş Krallıq liderləri sammit çərçivəsində bir araya gələcəklər. Böyük Britaniyanın baş naziri Devid Kameron dünyada tərəqqi, rifah və iqtisadi inkişaf üçün vacib olan 3 məsələni əsas müzakirə mövzusu olaraq müəyyən edib. Bunlar ticarəti inkişaf etdirmək, vergi uyğunluğunu təmin etmək və şəffaflığın təşviq edilməsidir.
sia.az