Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) Master İTM ilə birlikdə gənclərin Java texnologiyaları haqqında biliklərini artırmaq, onları maarifləndirmək və Javaya marağın artırılması məqsədilə "Java Texnologiyaları" seminarını keçirib. SİA-ya verilin məlumata görə, təlim zamanı Master İTM-in təlimçisi Abdulkadir Selçukoğlu iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib və bu sahədə onları maraqlandıran suallara aydınlıq gətirib.Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisində təşkil olunan seminarda 50-yə yaxın gənc iştirak edib. Sonda iştirakçılara YAP Gənclər Birliyi və Master İTM tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim olunub.Gənclər tərəfindən maraqla qarşılanan seminarın sonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofis rəhbəri Sərraf Balaxan iştirakçılarla fikirlərini bölüşüb və onları YAP Gənclər Birliyinin fəaliyyəti ilə bağlı maraqlandıran sualları cavablandırıb.
sia.az