PDF Oxu

Əsas

  • 13

Sona Vəliyeva: "Bu gün hər birimiz Şuşanı öz evimiz, ocağımız bilməliyik"

Sona Vəliyeva: "Bu gün hər birimiz Şuşanı öz evimiz, ocağımız bilməliyik"

"Çoxsaylı əsərlər yaratmaq olar, mahnılar bəstələmək olar, amma onların içərisində ana xətt kimi vətən mövzusu olmalıdır. Bu film də atlar və insanlar haqqında çəkilmiş bədii çalarla zəngin bədii filmdir". Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən "Ya Qarabağ, ya ölüm" adlı filmin təqdimat mərasimində deyib.

O, filmin vətənpərvərlik hissinin açılanmasında, içimizdə yaşamasında önəmindən danışıb. Filmin iştirakçılarına təşəkkür edib.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, tanınmış türk müğənnisi Əhmədt Şəfəq, filmdə çəkilən aktyorlar və digər tanınmış şəxslər iştirak edib. Filmdə Sona Vəliyevanın "Vətən", "Yurd həsrəti" şerlərindən, professor Səyavuş Kəriminin Şuşaya səfər təəssüratları, Əhməd Şəfəqin "Qarabağ" və "Sarı gəlin" mahnıları, Ozan Arifin "Ya Qarabağ, ya ölüm" şeiri, Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında "Qarabağ şikəstəsi", Əsəd Kabaklının "Çabuk böyü, mabuk yetiş, tez, oğlum" mahnısından istifadə olunub. Sonra Prezident İlham Əliyevin "Gün gələcək bizim bayrağımız Xocavənddə və Şuşada dalğalanacaq" sözləri ilə başlanan 40-45 dəqiqəlik film nümayiş olunub.

Filmdə səslənən şeirlərin müəllifi Sona Vəliyeva Qarabağ və Şuşa barədə söz açıb. O, hər bir azərbaycanlının Qarabağ və Şuşanın öz evi bilməli olduğunu qeyd edib. Sona Vəliyeva filmin əvvəlindən axırına qədər görünən at simvolu barədə düşüncələrini bölüşüb: "Bu film atlarla başlayır. Çünki at muraddır, böyük gücün, etibarın ifadəsidir. Bu atlar filmə türkçülük, azərbaycançılıq simvolu verib. Atı ilk dəfə türk ram edib.Biz ümid edirik ki, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Bu gün hər birimiz Şuşanı öz evimiz, ocağımız bilməliyik. Şuşa hər birimizin qapısı bağlanan evimizdir. Biz öz gücümüzlə, mübarizəmizlə o qapını açmalıyıq və bundan sonra Şuşanın qədrini bilməliyik. Mən Şuşanı görməmişəm, amma mənə elə gəlir ki, Şuşa mənim evimdir. Qarabağ məsələsində iqtidar və ya müxalifət olmasından asılı olmayaraq hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq.Qarabağ, Şuşa hər birmizin qəlbimində bir yanğıdır. Şuşa hamımızın dərdi, yaralı yeridir. İnanıram ki, bir daha o yerlərə qayıdacağıq. Filmin ssenari müəllifi Bəxtiyar Qaracaya, filmin çəkilişində iştirak edən hər kəsə təşəkkür edirəm".

Tənzilə Rüstəmxanlı çıxış edərək filmin türkçülük rəmzi olan atla başlanması çox təsirli olduğunu bildirib :"Bu film gələcəyə hesablanmış sənət əsəridir. Bu əsərlər nə qədər çox olsa, millətin gələcəyi də bir o qədər zəngin olar. Bu filmdə "Sarı gəlin" mahnısının səsləndirilməsi həm də, bu mahnını öz adına saxtalaşdırmaq istəyənlər üçün bir sübutdur".

Tədbirdə çıxış edən digər şəxslər də filmin əhəmiyyətindən danışıblar.

sia.az

Digər xəbərlər