PDF Oxu

Əsas

  • 41

Prezident seçkilərində Yeni Azərbaycan Partiyasını böyük uğur, qələbə gözləyir

Prezident seçkilərində Yeni Azərbaycan Partiyasını böyük uğur, qələbə gözləyir

Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun YAP Nəsimi rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri ilə görüşü keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirildi. Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Əli Əhmədov bildirdi ki, görüşün keçirilməsində əsas məqsəd 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinə kömək göstərmək və tövsiyələrini verməkdir: "Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycanın hər bir yerində ciddi şəkildə hazırlıq işləri görülür. Yeni Azərbaycan Partiyası 20 illik tarixi dövründə hər zaman qələbələrə imza atmış və uğurlar qazanmışdır. Ötən illər ərzində bütün seçki kampaniyalarında YAP fəallıq nümayiş etdirmiş və keçirilən bütün prezident seçkilərində qalib gəlmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və daim Onun arxasında dayanır. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş, insanların rifah halı yüksəlmişdir".

Yeni Azərbaycan Partiyasının Sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda son 10 il müddətində böyük işlər görüldüyünü vurğulayaraq, respublikamızın sürətli tərəqqisi, davamlı inkişafının təmin olunması istiqamətində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlərlə nəticələndiyini diqqətə çatdırdı: "Bu ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməl yaratmışdır. Azərbaycanın iqtisadi və sosial həyatının son illər durmadan inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində xalqımız firavan yaşayışı təmin olunur: "Azərbaycan qüdrətli bir dövlətə çevrilib, dünya birliyində mövqeləri möhkəmlənib, bu gün Azərbaycan dünyada hörmət sahibi olan bir dövlət kimi qəbul olunur. Cənab İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan tamamilə yeni bir görkəm alıb. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar və nailiyyətlər əldə olunub. Bütün bu reallıqlar Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsində özünün ifadəsini tapır".

Əli Əhmədov onu da çıxışında diqqətə çatdırdı ki, bu gün Azərbaycanda baş verən dəyişikliklər hər bir insanın şəxsi həyatında müşahidə edilir. O, bütün bu yaşanılan qələbələrin, Azərbaycanın uğurlarının Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində reallaşdığını bildirdi. YAP İcra katibi Əli Əhmədov növbəti 5 il ərzində də bu nailiyyətlərin bizi müşayiət edəcəyini və hər bir vətəndaşın həyatınıda uğurların yaşanılacağını ifadə etdi: "Qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasını böyük uğur və qələbə gözləyir. Aparılan müşahidələr, reallıqlar bizə deməyə əsas verir ki, Azərbaycan xalqının böyük əksəriyyəti qarşıdan gələn prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyir".

Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının bütövlükdə seçki taktikası ciddi, əsaslı inam üzərində qurulduğunu bildirən İcra katibi qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının böyük, zəngin seçki təcrübəsi var, dəfələrlə ölkəmizdə keçirilən prezident, parlament seçkilərində Yeni Azərbaycan Partiyası yeni texnologiyalardan faydalanıb və qələbələrə imza atıb.

İqtisadi tərəqqisinə görə dünyada lider dövlətlərdən olan Azərbaycan dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində yüksəlmişdir. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlər planlarının və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində mühüm işlər görülmüş, nəhəng layihələr həyata keçirilmişdir.

Əli Əhmədov ötən illər ərzində bütün seçki kampaniyalarında YAP-ın fəallıq nümayiş etdirdiyini bildirdi: "Əmin etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası, həmişə olduğu kimi, 2013-cü ilin seçki kampaniyasını da məzmunlu, maraqlı təşkil edəcək və kifayət qədər yeniliklərin şahidi olacağıq. Təsadüfi deyil ki, 600 mindən artıq üzvü olan partiyamızın çoxunu xalqın nüfuzunu qazanan ziyalılar təbəqəsi təşkil edir. Əlbəttə ki, bu partiyanın sıralarının genişlənməsinin ciddi əsasları var. Ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir".

Əli Əhmədov görüşdə 2013-cü ilin çox məsuliyyətli il olduğunu və prezident seçkilərində YAP-ın fəallarının üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırdı. O, görüşdə hər bir Azərbaycan vətəndaşının Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyəcəyinə əminliyini bildirdi: "YAP-ın V qurultayının Prezident İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi ilə bağlı çıxardığı qərarın Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu qərar Azərbaycan cəmiyyətinin, vətəndaşının qərarıdır. Azərbaycan cəmiyyəti tərəfindən Onun namizədliyi irəli sürülərkən 10 il ərzindəki reallıqlar nəzərə alınıb. Partiyanın üzvlərinin yeddi mindən çox ilk təşkilatda birləşir". Əli Əhmədov partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını və onun sıralarında 40 faizdən artıq gəncin təmsil olunduğunu bildiridi. O, seçki kompaniyasında gənclərin fəallığının artırılmasını tövsiyyə etdi. İlk ərazi - partiya təşkilatlarının sədrlərinin diqqətinə onu da çatdırdı ki, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən qadınların fəallığının artırılması, seçki prosesində təbliğat və təşviqat işlərində yaxından iştirakını təmin olunmasına önəm yetirilsin. O, hər zaman olduğu kimi, 2013-cü ildəki seçki kampaniyasında da Yeni Azərbaycan Partiyasının üzvlərinin fəallığı ilə seçiləcəklərinin şübhə doğurmadığını bildirdi.

Görüşdə Əli Əhmədov 2013-cü ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı xüsusi vurğuladı ki, ölkənin sabit və ardıcıl inkişafı, onun modernləşməsi, habelə dünyanın siyasi arenasında respublikanın möhkəmlənən müsbət imici bilavasitə respublika rəhbərliyinin, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fədakar əməyinin, uğurlu siyasətinin nəticəsidir. Nəsimi rayon sakinlərinin əksəriyyəti qazanılmış nəticələri yüksək qiymətləndirərək və respublikanın çiçəklənməsini alqışlayaraq prezident seçkilərində dövlət başçısı İlham Əliyevə səs verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər