PDF Oxu

Əsas

  • 30

“Ölkə iqtisadiyyatının yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin adı ilə bağlıdır”

“Ölkə iqtisadiyyatının yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin adı ilə bağlıdır”

YAP-ın Sədr müavini Əli Əhmədov Yevlaxda görüş keçirib

Dünən Yeni Azərbaycan Partiyasının(YAP) Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın Yevlax şəhər təşkilatının fəalları ilə bir araya gəlib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatları və partiyanın fəalları iştirak ediblər. YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəli Azərbaycan və xalqımız üçün çox çətin olub.

Daxili çəkişmələr, hakimiyyət kreslosu uğrunda mübarizə və bunun fonunda Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədi ilə başladığı müharibə ölkədə xaosa, idarəolunmaz vəziyyətə gətirib çıxarmışdı. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə sabitliyi bərqərar etdi. Aparılan düzgün siyasət nəticəsində Ermənistan silahlı birləşmələrinin daim genişlənən hücumunun qarşısı alındı. Ölkədə vətəndaş müharibəsinə çevriləcək qarşıdurmalar səngidi, sabitlik bərpa olundu, ordu quruculuğunda yeni mərhələyə start verildi. Azərbaycanın yeni neft strategiyası müəyyənləşdi. Bütün bunlar ulu öndərimizin titanik zəhməti bahasına başa gəldi. Daha sonra Ə.Əhmədov 2013-cü ilin ölkəmizin ictimai-siyasi həyatında mühüm il olduğunuqeyd edib. İcra katibi vurğulayıb ki, ətrafında 600 min üzvü birləşdirən YAP-ın V qurultayında yenidən dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Ə.Əhmədov qeyd edib ki, seçicilərin böyük əksəriyyətinin qənaəti budur ki, ölkə iqtisadiyyatının yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin adı ilə bağlıdır: "Məhz bu siyasətin nəticəsində Azərbaycan 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Bu inkişafın kökündə Heydər Əliyev ideyaları dayanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib". Ə.Əhmədov bildirib ki, bütün bu amillər seçicilərin Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Məhz buna görə də, insanlar növbəti seçkilərdə yenə də cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər. Sonra çıxış edənlər hazırki siyasətin uğurlarını xalqınrifahlarının yüksəlməsində gördüklərini və bu siyasətin davamlı olmasını istədiklərini bildiriblər. Tədbirin yekununda Əli Əhmədov qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Yevlax şəhər təşkilatının fəallarına müvafiq tövsiyələr verib.

Digər xəbərlər