PDF Oxu

Əsas

  • 17

MSK-da aşağı seçki komissiyalarının üzvləri üçün kurslar davam edir

MSK-da aşağı seçki komissiyalarının üzvləri üçün kurslar davam edir

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iyulun 30-da davam etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov kurslarda "Seçki (referendum) prosesində aşkarlıq institutları və KİV-lərin rolu" mövzusunda mühazirə ilə çıxış etmişdir. Bildirmişdir ki, 2013-cü il Azərbaycan tarixində bir sıra ümumxalq əhəmiyyətli hadisələrlə müşahidə olunur. Bunlardan ən başlıcası cari ildə keçiriləcək prezident seçkiləridir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra seçki prosesi dövlət idarəçilik sisteminin, Azərbaycan cəmiyyətinin və xalqının həyatında mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə Konstitusiya islahatları həyata keçirilmişdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ilə xalqın hakimiyyətin mənbəyi olduğu isbatlanır.

Əli Həsənov mühazirəsində, həmçinin dünya dövlətlərinin siyasi rejimləri, həmin ölkələrdə mövcud olan seçki praktikası barədə də məlumat vermişdir.

Kurslar avqustun 4-dək davam edəcəkdir.

Digər xəbərlər