PDF Oxu

Əsas

  • 17

Azərbaycan gəncliyi Yeni Azərbaycan Partiyası ətrafında birləşir

Azərbaycan gəncliyi Yeni Azərbaycan Partiyası ətrafında birləşir

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev:

"Azərbaycanın sürətli inkişafında yaxından iştirak edən Yeni Azərbaycan Partiyası Vətənimizin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına layiqli töhfələr verir"

Dünən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında (YAP) partiya sıralarına yeni qəbul olunanlarla görüş keçirilib. Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, sədr müavinləri- Akademiyanın Gəncə Bölməsinin direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və digər partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının ölkəmizin şərəfli mübarizə tarixində böyük rolu olduğunu, tədbirin mühüm siyasi kampaniya- 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının prezident seçkilərinə hazırlıq dövründə keçirildiyini və bu əlamətdar hadisənin partiyaya yeni üzv qəbul olunan vətəndaşların həyatında ən yadda qalan məqamlardan biri olduğunu qeyd edib:"Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrin tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu vardır. Azərbaycanın sürətli inkişafında yaxından iştirak edən Yeni Azərbaycan Partiyası Vətənimizin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına layiqli töhfələr verir. Partiya öz sıralarında Azərbaycan cəmiyyətinin ən fəal üzvlərini, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək istəyən və iştirak edən gəncləri, qadınları, həmçinin ziyalı və intellektual şəxsləri birləşdirir."

Son vaxtlar xüsusən gənclərin daha çox partiya sıralarına qəbul olunmaq üçün müraciət etdiklərini deyən N.Həmzəyevin fikrincə, o da həqiqətdir ki, gəncliyin nəfəsi, qüvvəsi harada duyulursa orada yenilik, müasirlik, müsbət dəyişikliklər və coşqu var: "Təsadüfi deyil ki, YAP Gəncə şəhər təşkilatında birləşən 28000 nəfər partiya üzvündən 15200 nəfəri gənclərdir. Bu ilin əvvəlindən avqust ayınadək 1200 nəfəri gənc olmaqla, 1631 nəfər partiya sıralarına qəbul olunmuşdur.

9 oktyabr 2013-cü il Azərbaycan Respublikası prezident seçkilərinə hazırlıq dövründə gəncəlilərin bu istiqamətdə öz istəklərini reallaşdırması təbiidir. Çünki şəhərimizin qədirbilən insanları Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim hörmət və ehtiram göstərir, onun sədaqətli davamçısı, ölkə başçısı Cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyətini dəstəkləyirlər." Daha sonra partiya sıralarına qəbul olunmaq üçün müraciət edənlərdən bir qrupuna üzvlük vəsiqələri təqdim olunub.

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev partiyanın yeni üzvlərini təbrik edərək, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər