PDF Oxu

Əsas

  • 17

Bu günün sabitliyinə səs verək! FOTOLAR

Bu günün sabitliyinə səs verək! FOTOLAR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sentyabrın 16-da təbliğat-təşviqat kampaniyası çərçivəsində prezident seçkiləri ilə əlaqədar Masallı rayonunun Mahmudavar kəndində seçicilərlə görüş keçirdi.

Tədbir iştirakçıları ilk öncə Mahmudavar kəndinin mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzdülər. Tədbirdə YAP Siyasi Şurasının üzvü Yaqub Əliyev, Milli Məclisin deputatı Nəriman Əliyev, Milli Məclisin deputatı Elmira Axundova və kənd sakinləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirdi ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticəsi kimi 10 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib. Belə ki, ölkə Prezidentinin Masallı rayonuna səfəri çərçivəsində YAP Masallı rayon təşkilatının inzibati binasının, Taekvando və Boks mərkəzlərinin, yenicə təmirdən çıxmış Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət evinin və Zərifə Əliyeva adına geniş prospektin açılışında iştirak edib.

S.Əliyev vurğuladı ki, Masallı şəhərində quruculuq-abadlıq işləri geniş vüsət alıb, şəhər ərazisinə su-kanalizasiya xətləri quraşdırılıb, rayonun ucqar kəndlərinə asfalt yol döşənib, qaz və içməli su xətləri çəkilib. "Eləcə də bu gün, yəni sentyabrın16-da Masallı rayonunda yeni inşa edilmiş 5 orta məktəbin açılışı oldu." S.Əliyev 9 oktyabrda keçiriləcək prezident seçkilərində bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdı.

YAP Siyasi Şurasının üzvü Yaqub Əliyev çıxış edərək bildirdi ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu inkişafın formalaşdırdığı ab-hava müəyyənləşdirir. "Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu sabitlik Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin məqsədyönlü siyasətinin bariz nümunəsidir." Y.Əliyev seçiciləri bu günkü sabitliyə səs verməyə çağırdı.

Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirdi.

Seçicilərlə görüşdə Milli Məclisin deputatı Nəriman Əliyev Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan söz açaraq, İlham Əliyevin birinci prezidentlik müddətinin sonuna doğru ölkədə artıq 600 mindən çox iş yerinin yaradılmasın, ikinci prezidentlik müddətində özəl sektorun inkişaf etdirilməsi yolu ilə açılan yeni iş yerlərinin sayının 1 milyona çatdırılmasını qeyd etdi. N.Əliyev seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa, öz gələcəkləri naminə partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.

Sonra rayon ağsaqqalı, Prezident təqaüdçüsü Şirvan Əbilov çıxış edərək cənab İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq bu seçkilərdə də YAP-ın qələbəsinə əmin oldugunu bildirdi.

Digər xəbərlər