PDF Oxu

Əsas

  • 25

Leyla Əliyeva Rus Pravoslav Kilsəsinin ali ordeninə layiq görülüb

Leyla Əliyeva Rus Pravoslav Kilsəsinin ali ordeninə layiq görülüb

Qadınlar bu ordenlə kilsə, dövlət və ictimai sahələrdə göstərdikləri xidmətlərə görə mükafatlandırılır

Heydər Əliyev Fondu dünya mədəniyyətinə və tarixinə də böyük hörmətlə yanaşır. Fondun vəsaiti hesabına dünyanın müxtəlif ölkələrində memarlıq abidələri, tarixi binalar və muzeylər bərpa edilir. Bu hər zaman dünya ölkələrinin diqqətində olur və bir sıra mükafatların təqdimi də elə reallıqların əsasında olur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Rus Pravoslav Kilsəsinin ali ordeninə layiq görülməsi son illərdə həyata keçirdiyi layihələrinin məntiqi nəticəsidir.

Leyla Əliyeva bu mükafata Həştərxan şəhərində Müqəddəs Apostola bərabər Knyaz Vladimirin abidəsinin ucaldılmasına göstərdiyi köməyə, Rusiyanın xaç suyuna salınmasının (Rusiyanın xristinalığı qəbul etməsi) 1025-ci illiyinə, həmçinin Rusiya və Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində bir çox xidmətlərinə görə layiq görülüb.

Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni Rusiyanın xaç suyuna salınmasının 1000 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 1998-ci ildə təsis edilib. Qadınlar bu ordenlə kilsə, dövlət və ictimai sahələrdə göstərdikləri xidmətlərə görə mükafatlandırılır. Daha əvvəl bu mükafata layiq görülmüş şəxslər arasında Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və Böyük Knyaginya Mariya Vladimirovna Romanova da var. Bildiyimiz kimi, Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün açılması, Heydər Əliyev adına 11 nömrəli məktəbin inşası, Uşaq şəhərciyinin açılışı və s. Heydər Əliyev Fondunun layihələri əsasında gerçəkləşib. Bu, Azərbaycan ilə Rusiyanın, Azərbaycan ilə Həştərxan vilayətinin strateji maraqlarının sözdə deyil, işdə həyata keçirildiyini göstərir. Ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət, etimad və aşkarlığa əsaslanır. Azərbaycanda zəngin rus mədəniyyətinə və dilinə həmişə böyük hörmətlə yanaşılmışdır.

Qeyd edim ki, Leyla xanım Əliyeva Rus Pravoslav Kilsəsinin ali ordeninə layiq görülməzdən əvvəl "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" mükafatı ilə də təltif olunmuşdur. Həştərxanda həyata keçirilən layihələr iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər