PDF Oxu

Əsas

  • 62

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib

Dekabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbrdə çıxış edərək bildirmişdir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynayır. 1991-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən müvafiq qərarın qəbul edilməsi dünya azərbaycanlılarının birlik və həmrəyliyinə aparan yolun başlanğıcını qoymuş və ötən müddətdə bu istiqamətdə bir çox mühüm addımlar atılmışdır. Ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlamışdır. N. Əliyeva ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində milli mənafelərimizin müdafiəsi, ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideologiyası ətrafında xalqımızın daha sıx birləşdiyini vurğulamışdır. O, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışmışdır. Şura sədri qadınları cəmiyyətdə hər zaman aparıcı bir qüvvə kimi qiymətləndirən ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə 1995-ci ildə YAP Qadınlar Şurasının yaradıldığını vurğulamışdır. Bildirilmişdir ki, bu gün partiyanın üzvlərinin təxminən 48 faizinin qadınlardan ibarət olması YAP-ın fəaliyyətində qadınların rolunun böyük olduğunu göstərir. Milli Məclis Sədrinin müavini Bahar Muradova ötən il ərzində Azərbaycanın qazandığı uğurlardan danışmış, 2013-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin yerinə yetirildiyini bildirilmişdir. Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən B. Muradova dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır. YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək bildirmişdir ki, YAP-ın qadınlarının üstün cəhətlərindən biri odur ki, onlar Heydər Əliyev siyasətini seçiblər. Bizim qadınlar həmişə birlik nümayiş etdirmiş, haqq ədalət tərəfdarı olmuşlar. Məhz buna görə də Azərbaycan qadınları həmişə seçilmişdir. Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi keyfiyyətlər aşıladığı qeyd olunmuşdur. Bu bayramın təsis edilməsi dünyanın müxtəlif hissələrində məskunlaşmış həmyerlilərimizin birliyi istiqamətində atılmış ən mühüm addım kimi qiymətləndirilmişdir. Sonra Şuranın tədbirlərində göstərdiyi fəallığa görə Milli Məclisin deputatları, KİV nümayəndələri Fəxri Fərmanla təltif olunmuşlar. Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Rəfiqə

Digər xəbərlər