Son bir neçə gündə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı 10 mini ötmüşdür. AzərTAc xəbər verir ki, Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edənlər arasında paytaxtdan, respublikamızın əksər rayonlarından gəlmiş soydaşlarımızla yanaşı, əcnəbi vətəndaşlar da olmuşlar. Ziyarətçilər məzarlığa tər güllər düzmüş, soyqırımı qurbanlarının xatirəsini anaraq dualar oxumuşlar. Kompleksi ziyarət edənlərə məlumat verilmişdir ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən burada geniş tədqiqat işlərinə başlamışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.