PDF Oxu

Əsas

  • 678

Elmar Məmmədyarov: “Görülən işi yüksək qiymətləndiririk”

Elmar Məmmədyarov: “Görülən işi yüksək qiymətləndiririk”

Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təsdiq edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu sözləri XİN rəhbəri Elmar Məmmədyarov bu gün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, bu ilin payızında Astraxanda nəzərdə tutulan gündəliyin tam hazırlanması və Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitində yekun sənədlərin qəbulu Xəzər probleminin təməl prinsiplərinin razılaşdırılmasına dair gözəçərpacaq dərəcədə irəliləyişə zəmin yaracaq və Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı möhkəmləndirəcək. "Xəzər regionu dövlətlərinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli iş görülüb. Hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında saziş hazırlanıb və imzalanmağa hazırdır. Bununla yanaşı Xəzər dənizində fövqəladə vəziyyətlərdən xəbərdarlıq və onların aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş razılaşdırılıb. Həmçinin Xəzər dənizinin bioloji resurslarının qorunub saxlanması və rasional istifadəsi haqqında sazişin son uyğunlaşdırması üzərində ekspertlərin işi davam edir. Nərə balığı növlərinin ovlanmasına moratoriumun elan olunması Xəzərin unikal dəyərlərinin gələcək nəsillərə ötürülməsi üçün şərait yaradacaq",- deyə E.Məmmədyarov qeyd edib.

Nazirin sözlərinə görə, 2010-cu ilin noyabrında Bakıda bütün Xəzəryanı dövlətlər tərəfindən Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasının başa çatması bu sahədə tərəflərin sıx əməkdaşlığına yeni təkan verəcək: "Azərbaycan sahilyanı dövlətlərin Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı ümumi narahatçılığını və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişlənməsində marağını bölüşür. Xəzər dənizinin ətraf mühitinin müdafiəsi üzrə Çərçivə Konvensiyası və onun protokolları çərçivəsində görülən işi yüksək qiymətləndiririk. Tərəflərdən birincisi kimi 2015-ci ilin yanvarında katibliyi qəbul edəcək Azərbaycan onun gələcək uğurlu işi üçün bütün lazımi şəraiti yaratmağa hazırdır".

Digər xəbərlər