PDF Oxu

Əsas

  • 941

Əli Həsənov: “Azərbaycan Prezidenti müstəqil siyasəti hər şeydən üstün tutur”

Əli Həsənov: “Azərbaycan Prezidenti müstəqil siyasəti hər şeydən üstün tutur”

"Böyük qələbəyə inamla" sənədli filminin təqdimat mərasimi keçirilib

Dünən Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Böyük qələbəyə inamla" sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, "Azərbaycan Televiziya və Radio Verlişləri" Qapalı Səhimdar Cəmiyyətinin istehsalı olan, rejissor Pərviz İsgəndərovun Füruzə Nadirin ssenarisi əsasında çəkdiyi bu sənədli film Füzuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunması və bərpasından bəhs edir. Təqdimat mərasimində dövlət məmurları, Milli Məclisin deputatları, filmin yaradıcı heyəti, sənət adamları və digər qonaqlar iştirak edib.

"Böyük qələbəyə inamla" sənədli filminin təqdimatı mərasimində çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev deyib Qarabağ və onun ətrafında vaş verən hadisələr Füzulidən də yan keçməyib: "İşğal zamanı 120 min əhali 58 rayonda məskunlaşmağa başladı. O dövrdə ölkə iqtisadiyyatı bərbad vəziyyətdə idi. Bundan əlavə ölkənin büdcəsi də yox idi. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan ordusu tərəfindən Füzuli rayonun 22 yaşayış məntəqəsi düşməndən azad edildi. Hazırda 120 min nəfərdən 70 mini bu ərazilərdə yaşayır". Daha sonra "Böyük qələbəyə inamla" sənədli filmi nümayiş olunub. Milli Məclisin Sədr müavini Bahar Muradova bildirib ki, bu film onda çox qəribə hisslər oyatdı: "Biz bu yolda çox böyük çətinliklərlə üzləşdik. Amma bu çətinliklərə baxmayaraq, biz sabaha inamla irəlilədik". SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Sədr müavini Bahar Muradova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Böyük qələbəyə inamla" sənədli filminin təqdimat mərasimində çıxışı zamanı deyib. Milli Məclisin Sədr müavini deyib ki, bu gün Azərbaycan xalqı Füzuli camaatının timsalında öz dövlətinə, ölkə Prezidentinə inam şərtləndirir. Nələrimiz var idi? Nə qazandıq? Biz sadəcə insanları düşündürmək istədik. İnsan özünə əziz olanlarını itirib, onun bir hissəsini qazananda nə qədər dəyərli olduğunu anlayır. Bu film fədakar insanlar haqqında bir hekayədir. Biz bu gün Azərbaycan xalqına və dünyaya bu filmi müxtəlif auiditoriyalarda tanıdacağıq. Horadiz döyüşü Azərbaycan ordusunun nələrə qadir olacağını göstərib". Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, 1959-cu ildə bu ərazi Füzuli rayonu olaraq tanınıb. Füzuli ərazisi qədim yaşayış məskənidir. Füzulidə bizim çox tarixi abidələrimiz qalıb: "Bu torpaq çox bərəkətli torpaqdır. Ümumiyyətlə, Füzuli rayonu elm, yaradıcılıq, incəsənət və s. sahələrdə ölkəmizə savadlı kadrlar bəxş edib. Horadiz məsələsinə gəldikdə isə deyə bilərəm ki, bura mənim üçün çox doğma bir yer idi. Mənim uşaqlığım burada keçib. Horadiz oktyabrın 25-də işğal olunub. Niyə görə ermənilər məhz Horadizi işğal etmək istəyib? Çünki Horadizdə regional neft bazası, regional pambıq təmizləmə bazası mövcud idi. Ən əsası isə buradan rahat İrana çıxış yolu var idi. Horadiz strateji bir ərazi idi. Buna görə də Ulu öndər Heydər Əliyev məhz Horadizin azad olunması üçün göstəriş verib. Ermənilərin verdikləri itki bizdən 3 dəfə çox olub. Horadiz Ermənistan prezidenti Serj Sarkisyanın göstərişi ilə zəbt olunub".

Əli Həsənov deyib ki, bu gün dünyada ədalətsizliklər hökm sürür: "Məhz buna görə ölkə Prezidenti düzgün yol seçib. Belə ki, ölkəmizin iqtisadiyyatı, ordusu gücləndirilir ki, Ermənistan öz çirkin niyyətindən əl çəksin. Bu gün bütün dünya Azərbaycandakı inkişafı görmək üçün ölkəmizə gəlib-gedir. Amma konkret məsələyə gəldikdə, onlar məlum ünvana söz deyə bilmirlər. Azərbaycan Prezidenti müstəqil siyasəti hər şeydən üstün tutur. Buna görə, yol bir yoldur. Heç kimdən heç nə gözləməyə dəyməz. Torpaqlarımızı düşməndən Prezident İlham Əliyev azad edəcək". Sonra Horadiz əməliyyatında iştirak etmiş döyüşçü, Qarabağ müharibəsi veteranı Sevindik İsmayılov və Füzuli rayon sakini Məcnun Vəliyevin çıxış edərək filmlə bağlı fikirlərini bölüşüblər.

Digər xəbərlər