PDF Oxu

Əsas

  • 622

Bahar Muradova: “Onlar Azərbaycanda arzuolunmayan şəxs hesab olunurlar”

Bahar Muradova: “Onlar Azərbaycanda arzuolunmayan şəxs hesab olunurlar”

Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun AŞPA vitse-prezidenti Rene Rukenin işğal olunmuş ərazilərə qeyri-qanuni səfər etdiyi üçün Azərbaycana buraxılmaması ilə əlaqədar təşkilatın 2 il ərzində Azərbaycanda tədbirlərin keçirilməməsinə dair qərarına münasibət bildirib. Milli Məclisin Sədr müavini hesab edir ki, onlar bu qərarı qəbul etməklə beynəlxalq təşkilatların, o cümlədən AŞPA-ya üzv ölkələrin ərazisində məhdudiyyətsiz hərəkət etmək barədə öhədliyə əsaslanırlar: "Amma Azərbaycan dövlətinin də öz vətəndaşları, xalqı qarşısında öhdəliyi var ki, istər Azərbaycan vətəndaşları, istər xarici ölkə vətəndaşları, istərsə də beynəlxalq təşkilatların rəsmiləri və sıravi üzvləri ölkəmizin qanunlarına hörmətlə yanaşmalıdırlar. Təbii ki, bu məsələyə hörmətlə yanaşmayanı da buna vadar etmək lazımdır. Bizim də təcavüzkar rejimin dəstəklənməsində rolu olan şəxslərə konkret və qətiyyətli mövqeyimiz var. Onlar Azərbaycanda arzuolunmayan şəxs hesab olunurlar və "qara siyahı"ya daxil edilirlər. Ancaq Azərbaycan dövləti bu vəziyyətdən bir çıxış yolu da müəyyən edib. ATƏT PA-nın bir neçə üzvü də işğal olunmuş ərazilərə səyahət etmişdi, adları "qara siyahı"da idi, bunun yanlış olduğunu anladılar, Azərbaycan dövlətinə müraciət etdilər, adları "qara siyahı"dan çıxarıldı. Çox təəssüf ki, bir çox şəxslər bunu bildikləri halda əksinə məsələni gərginləşdirməyə xidmət ediblər. Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları da çox doğru olaraq öz mövqeyinin üstündə israrla dayanıb".

Digər xəbərlər