PDF Oxu

Əsas

  • 1 217

Aydın Hüseynov: “Müxalifət təmsilçiləri “siyasi məhbus” terminini izah etməkdə acizdirlər”

Aydın Hüseynov: “Müxalifət təmsilçiləri “siyasi məhbus” terminini izah etməkdə acizdirlər”

"Müxalifət düşərgəsində yaradılan və ayrı-ayrılıqda fəaliyyət göstərən müdafiə komitələrinin bir-birilərini sərt tonda ittiham etmələrinin özü orada baş verənləri açıq-aşkar ortaya qoyur". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Aydın Hüseynov qondarma "siyasi məhbus" məsələsi ilə bağlı radikal müxalifət düşərgəsində yaşanan qarşıdurmalara münasibətini bildirərkən deyib. YAP rəsmisinin fikrincə, əslində, "siyasi məhbus" adı altında manipulyasiya edən müxalifət təmsilçiləri heç də həbsdə olanların müdafiələrində səmimi deyillər. Belə ki, ortadakı əsas məqsəd xarici təşkilatlardan qrant almaq iddiasıdır: "Hər kəsə çox gözəl məlumdur ki, "siyasi məhbus" məsələsi qabardılanda, bu ad ətrafında müdafiə təşkilatı yaradılanda bir sıra xarici təşkilatlar həmin komitələrə qrant ayırır. Bu baxımdan, müxalifət düşərgəsində "siyasi məhbus" adı altında yaşanan qarşıdurmalar qrant əldə etmək üstündədir". Ancaq ortada daha bir maraqdoğurucu məsələnin olduğunu deyən Aydın Hüseynov eyni zamanda bildirdi ki, əslində, bu gün heç bir xarici təşkilat, eləcə də müxalifət təmsilçiləri "siyasi məhbus" terminini izah etməkdə acizdirlər: "Çünki bu qondarma adın xarakteristikası belə, yoxdur. Xarakteristikası olmayan bir amilin cəmiyyətdə qəbul edilməsi isə mümkünsüzdür". YAP Siyasi Şurasının üzvü həmçnin vurğuladı ki, bu gün həbs olunanların ətrafında siyasi şou göstərən tərəflər də həqiqətdə yaxşı bilirlər ki, müdafiə etdikləri Leyla və Arif Yunuslar konkret olaraq dövləti cinayətdə ittiham olunurlar. Digərləri isə - Rəsul Cəfərov, İntiqam Əliyev və başqaları da müəyyən qanun pozuculuğuna görə istintaqa cəlb ediliblər. Belə olan halda onların müdafiəsinə qatılanlar sadəcə, bu ad altında manipulyasiyalar edirlər. Xarici təşkilatlar qarşısında xal toplamağa ccəhd göstərirlər. "Digər tərəfdən, ortada məhkəmə hökmünün olmadığı halda qondarma Müdafiə Komitələrini yaradılaraq, kimlərisə "siyasi məhbus" elan etmək sadəcə, gülünc bir situasiyadır", - deyə vurğulayan Aydın Hüseynov son olaraq onu da bildirdi ki, sağlam düşüncəli Azərbaycan cəmiyyəti belə oyunbazlıqlara inanmır: "Təfəkkürləri, düşüncələri yalnız dar çərçivəyə sığan müxalifət təmsilçilərinin belə addımları isə təbii ki, nəticəsiz qalacaq. Buna hər kəs əmin olmalıdır".

Digər xəbərlər