PDF Oxu

Əsas

  • 1 210

ABŞ-ın “Vaşinqton həyatı” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti barədə məqalə dərc olunub

ABŞ-ın “Vaşinqton həyatı” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti barədə məqalə dərc olunub

ABŞ-ın nüfuzlu "Vaşinqton Həyatı" (Washington Life) ictimai jurnalının oktyabr nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

Məqalədə Mehriban Əliyevanın qadın hüququ, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində fəaliyyəti xüsusi qeyd edilib.

Yazıda, həmçinin Vaşinqtonda fəaliyyət göstərən Müsəlman Qadınları Assosiasiyasının üzvlərinin müsahibələri yer alıb. Müsahibələrdə müsəlman ölkələrinin ABŞ-dakı səfirlərinin xanımları Assosiasiyanın fəaliyyəti barədə, eyni zamanda, müsəlman ölkələrində qadın hüququ və tolerantlıqla bağlı fikirlərini bölüşüblər. Azərbaycanın ABŞ-dakı səfirinin xanımı Lalə Əbdürəhimova müsahibəsində qadın hüququnun, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın dünyada nümunəvi şəxs olduğunu bildirib. Daha sonra müsəlman cəmiyyətlərində qadınların rolunun artırılması baxımından Assosiasiyanın çox mühüm işlər gördüyünü bildirən L.Əbdürəhimova 1918-ci ilin may ayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin dinindən, dilindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara seçki hüququ verən ilk müsəlman ölkəsi olduğunu vurğulayıb. Azərbaycanın ABŞ-dan daha əvvəl qadınlara seçib-seçilmək hüququ verdiyi də məqalədə əksini tapıb.

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Digər xəbərlər