PDF Oxu

Əsas

  • 2 840

YENİ AZƏRBAYCAN PARTİYASI XALQIN QÜRUR MƏNBƏYİDİR!

YENİ AZƏRBAYCAN PARTİYASI XALQIN QÜRUR MƏNBƏYİDİR!

Əli Əhmədov: "YAP-ın əldə etdiyi uğurlar ölkənin tərəqqisində özünü təsdiqləyən uğurlardır"

Xalqımız Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünü qeyd edir. Partiyanın ötən illər ərzində yürütdüyü siyasətin tərkib hissəsi olaraq xalqımız siyasi təşkilatın uğurlarından qürur hissi duyur. Bu əsnada Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov hər zaman öz çıxışlarında Yeni Azərbaycan Partiyasının yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoymuş, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilən partiya olduğunu bildirib. Belə ki, bu partiyanın əsasını, təməlini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoyub: "Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyev şəxsiyyətində əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından cəmiyyətin gözləntisi ötən dövr ərzində özünü doğrultmuşdur. Yeni Azərbaycan Partiyasının əsas məqsədi Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycan cəmiyyətini kökləyərək inkişafın əsas istiqamətlərini müəyyənləşdirməkdən ibarət olub".

YAP taleyinə uğurlar yazılmış bir siyasi təşkilatdır

Əli Əhmədov partiyanın yarandığı gündən uğurlara imza atan siyasi təşkilat olduğunu bildirərkən qeyd edir ki, Yeni Azərbaycan Partiyasını daima nailiyyətlər müşaiyət edib. YAP-ın uğurları isə, eyni zamanda Azərbaycan xalqının uğurları kimi qiymətləndirilməkdədir: "YAP taleyinə uğurlar yazılmış bir siyasi təşkilatdır. Bu, yalnız Yeni Azərbayan Partiyasının deyil, eyni zamanda müasir Azərbaycanın taleyidir. Bu uğurlar sadəcə bir təşkilatın əldə etdiyi uğurlar deyil, eyni zamanda Azərbaycan xalqının, dövlətinin əldə etdiyi uğurlardır. YAP-ın əldə etdiyi nailiyyətlər ölkəmizin inkişafında və uğurlarında öz əksini tapan və bütövlükdə ötən dövr ərzində Azərbaycanın 20 il bundan əvvəlki təlatümlü, eləcə də hər bir Azərbaycan vətəndaşını narahat edən vəziyyətdən bu gün sürətlə inkişaf edən qüdrətli Azərbaycana gətirməkdən ibarət olan inkişaf mərhələsi idi".

Əli Əhmədovun fikrincə, İlham Əliyevin oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbəsi Azərbaycan vətəndaşlarının, bütövlükdə isə cəmiyyətimizin Ümummili Lider Heydər Əliyev ideyalarına sədaqətini, inamını ifadə etmiş oldu: "Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasət və bu siyasətin ölkə xalqı tərəfindən qiymətləndirilməsi buna bariz sübut olaraq göstərilə bilər. Bu yol Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurla həyata keçirilməsi yoludur. Bu yol 21 il ərzində hər bir Azərbaycan vətəndaşına uğur, əmin-amanlıq, sevinc bəxş edən bir yoldur. Bu inkişafa və tərəqqiyə Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün hər biri öz töhfəsini verməkdədir".

Əldə edilən nailiyyətlər YAP-ın həyata keçirdiyi siyasətin nəticələridir

Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov həmçinin bildirir ki, bu gün həyata keçirilən siyasətin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, insanlarımızın gələcəklə bağlı istəkləri gündən-günə genişlənir. "Əlbəttə, keçdiyimiz yol şərəfli tarixdir" söyləyən Əli Əhmədov qeyd edib ki, bu tarixdə çətinliklər, məşşəqətlər olub, ancaq Heydər Əliyev siyasəti bunları aradan qaldırıb: "Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında birgə addımlamağı əsas hədəf kimi qarşıya qoyub. Bütün bunların hamısı YAP-ın həyata keçirdiyi siyasətin nəticələridir. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir. Bunları həyata keçirmək üçün ciddi əsaslar var".

YAP-ın beynəlxalq əlaqələri genişlənir

Bütün sahələrlə yanaşı, Yeni Azərbaycan Partiyası beynəlxalq əlalələrini də yüksək səviyyədə qurmaqdadır. Məhz bu amili də daim diqqətdə saxlayan Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının geniş beynəlxalq əlaqələrə malik olması bu partiyanın yüksək qiymətləndirilməsinin bariz nəticəsidir: "Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə sahibdir. YAP istər Avropa, istərsə də Şərq ölkələri istiqamətində geniş, şaxələnmiş əlaqələr qurub, beynəlxalq partiya təşkilatlarında təmsil olunur, onların keçirdiyi tədbirlərdə yaxından iştirak edir. YAP-ın təşəbbüsü və dəvətilə Azərbaycanda dəfələrlə beynəlxalq konfranslar keçirilib. Bu tədbirlərdə müxtəlif ölkələrdən çoxlu nümayəndələr iştirak edib".

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı mövqeyi, qazandığı uğurlar, qarşıya qoyduğu hədəflər barədə danışarkən qeyd edib ki, Azərbaycan qazandığı möhtəşəm uğurlar fonunda Avropaya inteqrasiyanı əsas hədəf kimi müəyyənləşdirmişdir. Bu kimi faktorda isə hakim Yeni Azərbaycan Partiyasının apardığı siyasət təməli nəticə kimi qiymətləndirilir.

Beləliklə, bir daha vurğulamaq mümkündür ki, YAP daxili siyasətdə əldə etdiyi uğurları ilə yanaşı, xarici siyasətdə də öz sözünü deməkdədir. Bu amil isə artıq 22 illiyini qeyd edən partiyanın tarixinə yazılan növbəti mütərəqqi addımdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər