"Büdcə hələ yeni qəbul edilib. Bizim hesablamara görə, dövlət büdcəsinin gəlirlərinə yaxın gələckdə böyük mənfi təsir gözlənilmir. Sözsüz ki, neftin qiyməti qısa müddət ərzində 40 faizdən çox aşağı düşüb. Bazarlarda qeyri-sabitlik davam edir". SİA-nın məlumatına görə, bu sözləri dünən "Caspian-European Business Club"un təşkil etdiyi tədbirin fəxri qonağı qismində iştirak edən maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, neftin azalan tempdə davam edən qiymətinə nəzər yetirərək büdcəyə yenidən baxılmasının əsas məsələ olmadığını qeyd edib. Bundan başqa, neftin qiyməti ilə bağlı hər hansı bir proqnozun verilməsinin hələ tez olduğunu vurğulayıb: "Neftin qiymətindəki qeyri-sabitlik hökümət tərəfindən araşdırılır və buna uyğun olaraq tədbirlər görüləcək. Qiymətin büdcə üçün yenidən baxılması əsas deyil. Dövlət büdcəsi siğortalanıb. Ümumiyyətlə, icmal büdcənin gəlirləri neft fonduna toplanan gəlirlərdən ibarətdir. Bu gəlirlərə baxdıqda icmal büdcənin gəlirlərində xeyli azalma müşahidə etmişik. Neftin qiymətinin gələcəyi ilə bağlı hər hansı proqnoz vermək hələ tezdir".