PDF Oxu

Əsas

  • 1 752

Bakıda “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb

image

Dekabrın 11-də Bakıda, Muzey Mərkəzində Türkiyənin Anadolu Agentliyi və Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) ulu öndər Heydər Əliyevin qorunub saxlanılan fotoşəkillərindən ibarət "Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində" adlı fotosərgi açılıb. AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilən sərgi Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb. Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sərginin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, 11 ildir ulu öndər Heydər Əliyev aramızda yoxdur, lakin onun əziz xatirəsi Azərbaycan və türk xalqlarının qəlbində yaşamaqdadır. Ümummilli Liderin yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir.

Əli Həsənov bu sərgini Heydər Əliyevin zəngin irsinə dərin ehtiramın göstəricisi kimi dəyərləndirib. Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas, TRT kanalının baş direktoru Şenol Goka, Yunus Əmrə İnstitutu direktorunun müavini Şenol Çobanoğlu, AzərTAc-ın baş direktoru Aslan Aslanov və Anadolu Agentliyi baş direktorunun müavini Əbubəkr Şahin çıxış edərək ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan və zəngin siyasi fəaliyyətindən danışıblar. Üç gün davam edəcək sərginin açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, qardaş ölkədən gəlmiş çoxsaylı qonaqlar iştirak ediblər.

Digər xəbərlər