PDF Oxu

Əsas

  • 1 863

Cənubi Qafqazın lider partiyası

image

Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarını uğurla yaşadır

Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Müasir dövrümüzdə nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilən YAP-ın bu nailiyyətləri əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və Onun siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində reallığa çevrilib.

Ötən on bir il ərizində Azərbaycan Prezidenti Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu daha da möhkəmləndirib. Əlbəttə ki, YAP-ın cəmiyyətin ən müxtəlif təbəqələrinin maraqlarına cavab verən siyasi təşkilata çevrilməsi bir çox amillərə söykənir. YAP reallıqdan uzaq vədlərlə insanları aldatmağa cəhd etməyib və real vəziyyəti olduğu kimi xalqa çatdırmağa çalışıb. Demokratiyanı hüquqi dövlət modelinin əsası kimi qəbul etməsi onun ətrafında yüksək imicin formalaşmasına səbəbdir. Elə Yeni Azərbaycan Partiyasının 640 mindən artıq üzvünün olması bunun əyani sübutu və böyük gücünün göstəricidir.

AZƏRBAYCANIN ƏN İNTELLEKTUAL VƏ YÜKSƏK SƏVİYYƏLİ GƏNCLƏRİ YAP-IN SIRALARINDA BİRLƏŞİB

Azərbaycan cəmiyyətinin bütün zümrələrinin nümayəndələrini ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır. Partiya üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənclərin Yeni Azərbaycan Partiyasının sıralarında olması bu partiyanın ideyasını dəstəkləmək, Azərbaycan dövlətinin və dövlətçiliyinin keşiyində dayanmaq, bu yolda yorulmadan çalışmaq deməkdir. Gənclərin seçdiyi bu partiya ölkəmizin müstəqillik tarixində, ölkəmizdə hüquqi-dövlət quruculuğu sahəsində böyük işlərə imza atıb. Bu gün demək olar ki, YAP-da Azərbaycanın ən intellektual və yüksək səviyyəli gəncləri toplaşıb. Onların fəaliyyəti, özlərini təsdiq etmələri üçün bütün şərait yaradılıb. Gənclərin partiya sıralarına axınının surətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir. Bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir. Partiyanın xətti ilə keçirilən müxtəlif səpkili layihələrdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yay və qış məktəblərinin təşkil olunması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı Azərbaycan ordusunun əsgərləri ilə görüşlərin keçirilməsi, elmi konfransların, seminar və treninqlərin keçirilməsi gənclərin fəallığında müstəsna rola malikdir. Bütün bu fəaliyyət, şaxəli layihələrin gerçəkləşməsi Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha sıx birləşmələrinə inam hissini gücləndirir.

YAP-IN BEYNƏLXALQ ƏLAQƏLƏRİ SÜLH VƏ ƏMİN-AMANLIQ PRİNSİPLƏRİNƏ SÖYKƏNİR

Yeni Azərbaycan Partiyası hər bir sahədə olduğu kimi, beynəlxalq əlaqələrində də Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyini qoruyub saxlayır. Yarandığı gündən YAP beynəlxalq əlaqələrə böyük önəm verir və dünya miqyasında ən tanınan partiyalar sırasına daxil olur. Dünyanın onlarla müxtəlif siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar münasibətlər sülh və əmin-amanlıq prinsiplərinə söykənir.

Bu gün YAP-ın Asiya və Amerika qitələrinin siyasi partiyaları ilə əməkdaşlıq ələaqələri mövcuddur. YAP Asiya qitəsində ən böyük siyasi təşkilat olan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) və bu təşkilatın rəhbər orqanı olan Daimi Komitənin üzvüdür ki, təşkilatda 330-dan çox partiya iştirak edir. Quruma Yaponiya, Cənubi Koreya, Vyetnam, Rusiya kimi böyük ölkələrin partiyaları daxil edilib. MDB-dən isə bu təşkilatda yalnız Azərbaycan, Rusiya və Qazaxıstanın siyasi partiyaları təmisl olunur. Təbii ki, bu amil partiyamızın gücünün və nüfuzunun ifadəsidir. Amerika qitəsinin siyasi partiyaları ilə əməkdaşlıq edən YAP Latın Amerikası ölkələrinin siyasi partiyalarının təşkilatı olan COPPALL ilə əməkdaşlıq edir.

YAP-ın beynəlxalq əlaqələrindən söz açarkən Avropanın ən güclü və nüfuzlu siyasi qurumlarından olan və Avropanın 39 ölkəsini təmsil edən 70-dən çox partiyanı öz sıralarında birləşdirən Avropa Xalqları Partiyası ilə çox sıx və səmərəli əməkdaşlığını da vurğulamaq vacibdir. Göründüyü kimi, YAP-ın yaradıcısı, eyni zamanda çağdaş Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası öz bəhrəsini verir və bu strategiya nəticəsində dövlətimizin üçrəngli bayrağı dünyanın ən ali beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvü kimi dalğalanır. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb və dövlətimiz böyük yollar keçib.

Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Hüquqi dövlət olan Azərbaycanda demokratik seçki sistemi formalaşıb. Azərbaycanda demokratik, şəffaf seçkilər keçirilir. Azərbaycanın ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində xalq birlik nümayiş etdirir və ölkənin gələcək inkişafını nəzərə alaraq düzgün seçim edir. Ötən il ölkəmizdə keçirilən bələdiyyə seçkilərində YAP daha bir uğura imza atdı. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gender siyasətinin bariz nümunəsi olaraq bu seçkilərdə gənclərə və qadınlara partiya tərəfindən etimad göstərildi və YAP bələdiyyə seçkilərində böyük qələbə qazandı. Buna səbəb Azərbaycanda mövcud durum, ictimai-siyasi proseslər idi ki, seçkilər demokratik prinsiplər əsasında baş tutdu.

Qarşıda Azərbaycanı yeni nailiyyətlər gözləyir. Ölkəmizdə 2015-ci ildə növbəti parlament seçkiləri keçiriləcək və Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər