Elman Nəsirli: "Həmsədlər bu görüşü təşkil etməklə öz işlərini bitmiş hesab edirlər "
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tam bir passivlik müşahidə edilir. Bunu ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, yoxsa Ermənistanda son vaxtlar baş verən hadisələrlə bağlıdır? Bu suallarla bağlı siyasi elimlər doktoru, politoloq Elman Nəsirliyə müraciət etdikdə politoloq bildirdi ki, münaqişənin həllinin uzanmasının başlıca günahkarı ATƏT-in Minsk Qurupunun həmsədridir: "ATƏT-in Mins Qurupunun yaranması tarixdən bu günə qədər fəaliyyətinə qiymət versək, o zaman bu qurumun işini daha çox fəaliyyətsizlik kimi dəyərləndirmək olar. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin 50-yə yaxın görüşlərini təşkil ediblər. Bu görüşlərin keçirilməsinə baxmayaraq, ATƏT-in nəticə baxımından öyünməyə əlində heç bir əsası yoxdur. Amma kəmiyyət baxımından ATƏT özündən məmnundur. Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədləri regiona çoxsaylı səfərlər edirlər, prezidentlər və xarici işlər nazirləri səvyəsində görüşlər təşkil edirlər, amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə istiqamətində irəli sürdükləri bütün təklifləri Ermənistan faktiki olaraq rədd edir. Bir sözlə, bunun cavabında ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana münasibətdə hansı addımı atıb və hansı kəsərli davranış nümayiş etdirib. Həmsədrlər işğalçı ölkəyə qarşı heç bir addımı atmayıb, iqtisadi, siyasi sanksiyaların tətbiq olunması təşəbbüsləri ilə çıxış etməyiblər. Bu da onları münaqişənin həllinə ikili yanaşma nümayiş etdirdiklərini göstərir".
E.Nəsirli onu da bildirdi ki, yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərinin olacaqı ilə bağlı məlumatlar var: "Eyni zamanda, o məlumatda var ki, bu ilin sentyabr ayında BMT-nin Baş Məclisində onlar yenidən Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmək istəyirlər. Demək olar ki, həmsədlər bu görüşü təşkil etməklə öz işlərini bitmiş hesab edirlər. Bir sözlə, həmsədrlərdən səfərlərdən və danışıqlardan başqa heç nə gözləmək mümkün deyil".
GÜLYANƏ