PDF Oxu

Əsas

  • 1 576

Tariximizin möhtəşəm günü

image

YAP Tərtər rayon təşkilatı, icra hakimiyyəti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əlaqədar tədbir keçirib

Dünən YAP Tərtər rayon təşkilatı, icra hakimiyyəti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin 1969-cu il 14 iyulda hakimiyyətə gəlməsinin 46 illiyi ilə bağlı tədbir keçirib. İlk öncə tədbir iştrakçıları rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək öz dərin ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov açaraq, Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Respublikasında birinci dəfə siyasi hakimiyyətə gəlməsindən və Azərbaycan Respublikasının geridə qalan aqrar respublikadan inkişaf edən sənaye Respublikasına çevrilməsindən danışıb.

Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, rayon gənclər və idman idarəsi ərazi ilk partiya təşkilatının sədri İsmayıl İsmayılov, şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Elmira Müzəffərova və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafı və yaranması üçün necə fədakarlıq göstərməsi haqqında ətraflı danışıblar. Çıxış edənlər bildiriblər ki, Azərbaycan dövlətinin bu günki uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin siyasəti durur. Ona görə də bu gün hamılıqla Ulu Öndər Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, öz işimiz və əməlimizlə Ona dəstək olmalıyıq.

Ü.ƏSGƏROV

Digər xəbərlər