YAP Laçın rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 46-cı ildönümü münasibətilə tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı və Laçın rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 46-cı ildönümü münasibətilə tədbir keçirib. Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının mənzil qərargahında keçirilən tədbirin iştirakçıları əvvəlcə rayon icra hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri Laçın rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq bildirib ki, Ulu Öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı oldu.
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədr müavini, təşkilatın aparat rəhbəri Xaliq Musayev tədbirdə çıxış edərək bildirib ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlətimizin qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil olmaqla, gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı.
Tədbirdə digər çıxış edənlər də qəti əminliklə bildirib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı məhz 1969-cu ildən - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən hesablanır. Çıxış edənlər onu da vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
ÜLVİ