PDF Oxu

Əsas

  • 1 837

"XALQA SEVGİ VƏ XALQIN SEVGİSİ İLƏ"

image
YAP Yevlax rayon təşkilatı və Yevlax rayon icra hakimiyyəti Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 46 illiyi münasibəti ilə tədbir keçirib

Dünən YAP Yevlax rayon təşkilatı və Yevlax rayon icra hakimiyyəti Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 46 illiyi münasibəti ilə "XALQA SEVGİ VƏ XALQIN SEVGİSİ İLƏ" mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları ilk növbədə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq 14 iyul 1969-cu ilin Azərbaycan tarixində əhəmiyyətindən geniş söz açıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası məhz 1969-cu ildən etibarən ölkəmizdə, eləcədə ölkəmizin hüdudlarından kənarda tətəbiq olunmağa başlamışdır.

Yevlax rayon icra hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov Ulu Öndər Heydər Əliyevin Azərbyacanla bağlı həyatının bütün sferalarına aydınlıq gətirərək onun sovetlər birliyi dövründə ölkəmiz üçün göstərdiyi xidmətləri xüsusu ilə diqqətə çatdırıb. Tədbirdə Yevlax rayon gənclər və idman idarəsində baş məsləhətçi Etibar Məmmədov, rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov və başqaları çıxış edərək Ulu Öndəo Heydər Əliyev irsinin bu gün uğurlu davamından və bu siyasətin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində gerçəkləşdiyini bildiriblər. Çıxış edənlər vurğulayıblar ki, nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Ümummilli Liderimiz, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı Heydər Əliyev daim qəlblərdə yaşayacaq.

Konfransda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən bukletlər hazırlanaraq tədbir iştiraçılarına paylanılıb. Tədbir Ulu Öndər Heydər Əliyevə həsr olunmuş bədii qiraətlə yekunlaşıb.

A.SƏMƏDOVA