PDF Oxu

Əsas

  • 1 965

Azərbaycan nümayəndə heyəti Bolqarıstanda səmərəli görüşlər keçirib

image

Qara Dəniz İqtisadi Əməktaşlıq Birliyinin Parlament Asambleyasının təşəbbüsü ilə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, komitə sədri Hadi Rəcəbli və QİƏTPA-nın baş katibi Asəf Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində işgüzar səfərdə olublar. Üç günlük səfərdə keçirilən səmərəli görüşlər əsasən 3 istiqaməti əhatə edib.

YAP-la Bolqarıstanın hakim GERB partiyası arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə partiya sədrinin müavini və icra aparatının rəhbəri, deputat Tsvetan Tsvetanovla görüş keçirilib. Görüşdə partiyalararası əməkdaşlığın ikitərəfli xüsusi mövzularından danışılıb. Burada seçkilərin keçirilməsi texnologiyalarının müasir aspektləri müzakirə edilib. Həmçinin, Azərbaycan nümayəndə heyəti Bolqarıstan Parlamentində olmuş və sədr TsetskaTsacheva ilə görüş keçirilib.

Görüşdə parlamentlər arasındakı sıx əməkdaşlıqdan danışılıb və bu əlaqələrin daha da genişləndirilməsinə diqqət yetirilib. Növbəti görüş Sosial Siyasət Komitəsinin sədri Svetlana Angelova və Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Remzi Osmanla keçirilib.

Silsilə görüşlərdə Bolqarıstanın kənd təsərrüfatı naziri Desislava Taneva, Sofiya İnvestisiya qrupunun rəhbəri Valia Chilova və Parlamentin İqtisadiyyat Komitəsinin sədri Piyotr Knyov ilə görüşlər keçirilib. Görüşdə Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlığından danışılıb.

Rəfiqə

Digər xəbərlər